Sahib Ələkbərov: "Son 30 ildə dövlət büdcəsi təxminən 50 dəfə artıb"

Son 30 ildə dövlət büdcəsi təxminən 50 dəfə artıb.
Təhlil.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən “Konstitusiya və Suverenlik İli”nə həsr edilən “Dövlət suverenliyinin iqtisadi əsasları və iqtisadi müstəqillik” mövzusunda elmi-praktik konfransda çıxışı zamanı deyib.
Nazir müavini vurğulayıb ki, 2004-2024-cü illərdə Azərbaycan iqtisadiyyatı 3.8 dəfə, o cümlədən qeyri-neft sektoru 3.7 dəfə artıb.
“2003-cü ildə yoxsulluq səviyyəsi 44.7%, işsizlik səviyyəsi 9.2% təşkil etdiyi halda, həyata keçirilmiş tədbirlər nəticəsində 2024-cü ildə həm yoxsulluq, həm də işsizlik səviyyəsi təxminən 5.3%-ə düşüb.
2004-2024-cü illər ərzində Azərbaycan iqtisadiyyatına 344,4 milyard ABŞ dolları sərmayə qoyulub, bunun 213,2 milyard dolları qeyri-neft sektoruna yönəldilib. Bu investisiyalar Azərbaycana xarici investorların və beynəlxalq tərəfdaşların yüksək etimadının və ölkədəki sabitliyin göstəricisidir”, - deyə S.Ələkbərov əlavə edib.