Bu gün

Şahzadə Uilyam “saray islahatına” hazırlaşır – titullar gedir, qaydalar dəyişir

Britaniya monarxiyasında “sakit inqilab” yaxınlaşır.

Təhlil.az xəbər verir ki,  taxt-tacın varisi şahzadə Uilyam tacqoyma mərasimindən sonra monarxiya institutunu kökündən dəyişdirmək niyyətindədir.

Mənbələrin bildirdiyinə görə, Uilyam kral ailəsinin rəsmi vəzifələrini yerinə yetirməyən bütün üzvlərinin titullarını əlindən almağa qərarlıdır.

“Uilyam kral ailəsinin işləməyən bütün üzvlərinin titullarını ləğv edəcək”, – deyə nəşr sitat gətirir.

Bu addım ilk növbədə şahzadələr Evgeniya və Beatrisə, eləcə də şahzadə Harri və onun uşaqlarına təsir göstərə bilər. Onlar “Əlahəzrət Kral” titulundan məhrum ediləcək.

Ekspertlər qeyd edirlər ki, bu qərar təkcə ailə içi məsələ deyil. Əgər Uilyam doğrudan da belə islahat aparmaq niyyətindədirsə, o zaman ölkə qanunvericiliyinə dəyişikliklər etmək üçün yeni kral patenti imzalamalı olacaq.

Hazırkı qanunlara görə, kral ailəsinin üzvlərini titullarından məhrum etmək mümkün deyil. Uilyamın planı həyata keçərsə, bu, Britaniya monarxiyasının son yüzillikdə gördüyü ən radikal dəyişiklik olacaq.

Saray müşahidəçiləri artıq bu prosesi “monarxiyanın yenilənməsi” adlandırmağa başlayıblar.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?