Rusiya ABŞ-yə Ukrayna ilə bağlı gizli nota göndərdi

Rusiya ABŞ-yə Ukrayna ilə bağlı sülh sazişinin bağlanması şərtlərini özündə əks etdirən qapalı diplomatik nota (“non-paper”) təqdim edib. Bu barədə “Reuters” agentliyi amerikalı rəsmilərə istinadən məlumat yayıb.
Sənəddə Moskva Donbas və Luqanskın bütün əraziləri üzərində nəzarət tələbini bir daha təsdiqləyib.
Agentliyin mənbələrindən birinin sözlərinə görə, Rusiyanın bu mövqeyi ABŞ Prezidenti Donald Trampın hazırkı kursu ilə ziddiyyət təşkil edir. Tramp cəbhə xəttinin mövcud vəziyyətdə “dondurulmasının” tərəfdarıdır.
Məlumata əsasən, Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirilən görüş gərgin şəraitdə baş tutub. Ukraynalı rəsmilərin “Reuters”ə bildirdiyinə görə, Tramp danışıqlar zamanı Kiyevə təzyiq göstərərək Donbasın bir hissəsindən imtina etməyə razı salmağa çalışıb.