Bu gün
Türkiyə parlamenti ordunun İraq və Suriyadakı əməliyyat mandatını uzatdı

Türkiyə Böyük Millət Məclisi ölkə Silahlı Qüvvələrinin İraq və Suriyada transsərhəd əməliyyatlar aparmaq səlahiyyətini üç il müddətinə, həmçinin BMT-nin Livandakı missiyasında iştirak mandatını iki il müddətinə uzadıb.
Təhlil.az xəbər verir ki, məsələ ilə bağlı müvafiq qətnamələri parlamentə Prezident Rəcəb Tayyib Ərdoğan təqdim edib.
Livandakı BMT missiyasında iştirak mandatının uzadılması bütün siyasi qüvvələr tərəfindən dəstəklənib.
Buna qarşılıq, İraq və Suriyada əməliyyatların davam etdirilməsi ilə bağlı mandat dörd parlament partiyasının lehinə səsi ilə qəbul olunub, müxalifət partiyaları – Xalq Respublika Partiyası və prokürd Demokrat Partiya isə sənədə qarşı çıxıblar.