Bu gün
Litva Belarusla sərhəddəki keçid məntəqələrini bağladı

Litva hökuməti ölkənin hava məkanına qaçaqmalçıların qanunsuz daxil olması səbəbindən Belarusla sərhəddə yerləşən bütün keçid məntəqələrini bağlayıb.
Təhlil.az xəbər verir ki, bu barədə Litvanın Milli Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəhbəri Vilmantas Vitkauskas məlumat verib.
Onun sözlərinə görə, sərhədin bağlanması müvəqqətidir və Vilnüs Beynəlxalq Hava Limanının fəaliyyəti bərpa olunduqdan sonra bu qərar ləğv ediləcək.
Məlumatda qeyd olunur ki, qaçaqmalçılıq üçün hava şarlarından istifadə edilməsi nəticəsində Litvanın paytaxtında hava limanının fəaliyyəti tam dayandırılıb.
Hazırda uçuşlar aeronaviqasiya xidmətinin növbəti xəbərdarlığına qədər həyata keçirilməyəcək.