Bu gün
Azərbaycanın valyuta ehtiyatları artır

Beynəlxalq Valyuta Fondu (BVF) proqnozlaşdırır ki, 2025-ci ilin sonuna qədər Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11,9 milyard ABŞ dolları səviyyəsində olacaq.
Təhlil.az xəbər verir ki, Fondun proqnozuna əsasən, 2026-cı ildə ehtiyatların həcmi 11,7 milyard dollara enəcək, 2030-cu ilə qədər isə bu rəqəm 9,6 milyard dollara düşəcək.
Xatırladaq ki, 2025-ci ilin sentyabr ayının sonuna olan məlumata görə, Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 11,31 milyard dollar təşkil edib. Bu göstərici 2024-cü ilin sonu ilə müqayisədə 3,2 faiz artım deməkdir.