Bu gün
Yaponiyanın ilk qadın baş naziri seçilib

Yaponiyanın parlamentinin aşağı palatası — Nümayəndələr Palatası keçirilən səsvermə nəticəsində Liberal Demokrat Partiyasının (LDP) sədri Sanae Takaitini ölkənin 104-cü baş naziri seçib.
Təhlil.az xəbər verir ki, o, Yaponiyanın tarixində bu vəzifəyə təyin olunan ilk qadın olub.
Səsvermənin nəticələrinə əsasən, 465 deputatdan 237-si Takaitinin namizədliyini dəstəkləyib. Onun əsas rəqibi, Konstitusiya-Demokratik Partiyanın lideri Yosixiko Noda isə 149 səs toplayıb.
Səsvermədən bir gün əvvəl LDP parlamentdə çoxluğa malik olmasa da, “Yaponiyanın Yenilənməsi Cəmiyyəti” adlı mühafizəkar partiya ilə ittifaq yaradaraq, Takaitinin seçilməsini təmin edib.
Bu gün