Bu gün

Ağ Evin şərq qanadı sökülür

ABŞ-də tikinti briqadaları Ağ Evin şərq qanadının bir hissəsini sökərək Prezident Donald Tramp üçün nəzərdə tutulan bal zalının tikintisinə başlayıb.

Təhlil.az xəbər verir ki, “tikinti briqadaları artıq şərq qanadını sökür, ekskavator binanın konstruksiyalarını dağıdır”.

Məlumata görə, yeni bal zalının sahəsi 89 min kvadratmetr olacaq və burada 650 nəfərə qədər qonağın yerləşməsi nəzərdə tutulur. Layihənin ümumi dəyəri isə təxminən 250 milyon dollar qiymətləndirilir.

Ağ Evin rəsmi nümayəndəsi, adının açıqlanmasını istəmədən, söküntü işlərinin bazar ertəsi başlandığını təsdiqləyib.

O, həmçinin qeyd edib ki, binanın tarixi dəyəri olan hissələrinin qorunması istiqamətində tədbirlər artıq bir neçə həftədir davam edir.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?