20 oktyabr

Aİ mərhələli şəkildə Rusiyadan qaz idxalını dayandıracaq

Avropa İttifaqı Şurası Rusiyadan qaz idxalının – həm boru kəmərləri ilə daşınan, həm də maye qazın – tam qadağan edilməsini nəzərdə tutan planı təsdiqləyib.

Təhil.az xəbər verir ki, yeni qadağa 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək.

Mövcud müqavilələr üçün isə keçid dövrü müəyyən edilib. Belə ki, qısamüddətli müqavilələr 2026-cı ilin iyununa qədər, uzunmüddətli müqavilələr isə 2028-ci ilin əvvəlinə qədər qüvvədə qalacaq.

Tam qadağa 2028-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

İndi sənədin Avropa Parlamenti tərəfindən təsdiqlənməsi gözlənilir. Qəbul ediləcəyi təqdirdə, bu qərar Aİ tarixində Rusiyadan yanacaq idxalına ilk hüquqi qadağa olacaq.