Bu gün

Ermənistanda çeçen qadın qətlə yetirilib - Şübhəlilər Rusiyaya qaçıblar

Çeçenistan əsilli gənc qadın, 23 yaşlı Aişat Baymuradova oktyabrın 15-dən 16-na keçən gecə həyatını itirib. Onunla həmin gecə son dəfə əlaqə saxlanılıb, üç gün sonra isə meyiti İrəvanda kirayə qaldığı mənzildə tapılıb.

Təhlil.az xəbər verir ki, hüquq müdafiəçisi Lidiya Mixalçenkonun (“Kavkaz bez materi” layihəsi) məlumatına görə, Aişat boğularaq qətlə yetirilib. Təhlükəsizlik kameraları hadisə ilə əlaqəli ola biləcək iki nəfəri — Aişatla görüşməli olan qadını və naməlum kişini qeydə alıb.

Hər iki şəxs artıq Ermənistanı tərk edərək Rusiyaya gedib.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?