Bu gün
Ukraynanın Aİ-yə məhdud səs hüququ ilə qəbul edilməsi planlaşdırılır

Avropa İttifaqında yeni üzvlərin qəbul mexanizmi dəyişə bilər. Təhlil.az "Politico"nun məlumatına istinadla xəbər verir ki, Aİ-yə yeni qoşulan ölkələr ilkin mərhələdə tam səsvermə və veto hüququna malik olmayacaqlar.
Bu mexanizm, xüsusilə Ukraynanın üzvlüyü ilə bağlı prosesin sürətləndirilməsi məqsədi daşıyır. Yeni modelə əsasən, Kiyev Aİ-yə qəbul olunsa belə, qərarların qəbulunda məhdud iştirak hüququna sahib olacaq.
Ekspertlər bu addımı “siyasi kompromis” adlandırır — həm genişlənməyə imkan verir, həm də birliyin sabitliyini qorumağı hədəfləyir.
Bu gün