Bu gün
Marta Kos: Azərbaycan və Ermənistan arasında sülh nizamlanmasında irəliləyiş regionu dəyişir

Avropa komissarı Marta Kos bildirib ki, onilliklər ərzində ilk dəfə olaraq Avropa və Asiyanı birləşdirən ticarət və nəqliyyat marşrutlarının açılması üçün real imkan yaranır.
Təhlil.az xəbər verir ki, bu gün Lüksemburqda Azərbaycanı xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin iştirakı ilə regional təhlükəsizlik və əlaqələr üzrə nazirlərin görüşü keçirilir.
Kos vurğulayıb ki, bir-biri ilə əlaqəli infrastrukturun yaradılması ölkələrə ticarət, enerji mənbələrinin seçimi və məlumatların ötürülməsi üçün daha böyük azadlıq və imkanlar verəcək, Cənubi Qafqazda uzunmüddətli sabitliyi və rifahı gücləndirəcək.
Onun sözlərinə görə, Lüksemburqdakı görüş yalnız ilk addımdır, ardınca noyabrda ABŞ-nin iştirakı ilə investisiya forumu keçiriləcək.
Bu gün