Bu gün
Litva Almaniyanın Gürcüstandakı səfirinə dəstəyini ifadə edir

Litva Xarici İşlər Nazirliyi Almaniyanın Gürcüstandakı səfirinə dəstəyini ifadə edib.
Təhlil.az xəbər verir ki, nazirlik Peter Fişeri müdafiə edərək, Gürcüstan hakimiyyətinin “əsassız ittihamlarını” və “aqressiv ritorikasını” pisləyib.
"Biz bir daha alman həmkarlarımızla həmrəy olduğumuzu bildiririk: "Gürcü Arzusu" partiyasının nümayəndələrinin səfirə qarşı hücumları tamamilə qəbuledilməzdir. Bunlar Gürcüstanın özünütəcridini daha da gücləndirir", - bəyanatda deyilir.
Bu gün