Bu gün

Ərdoğan Körfəz turuna çıxır

Türkiyə prezidenti Ərdoğan oktyabrın 21-dən 23-dək müvafiq olaraq Küveyt, Qətər və Omana rəsmi səfər edəcək.

Təhlil.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Əlaqələr İdarəsinin rəhbəri Duran məlumat verib.

O bildirib ki, bu ölkələrin liderləri ilə görüşləri zamanı əməkdaşlığın inkişaf etdirilməsi səyləri, həmçinin beynəlxalq və regional məsələlər müzakirə olunacaq.

Duran həmçinin qeyd edib ki, Türkiyə ilə bu ölkələr arasında ikitərəfli münasibətlərin hüquqi bazasını gücləndirmək üçün bir sıra sazişlər nəzərdə tutulub.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?