Bu gün

Kaya Kallas: “Putinin Avropa ölkəsinə səfəri xoş hal deyil”

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ABŞ və Rusiya liderlərinin Macarıstanda planlaşdırılan görüşünə mənfi reaksiya verib.

Təhlil.az  xəbər verir ki, Kallas jurnalistlərə açıqlamasında Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən haqqında həbs qərarı çıxarılan Rusiya Prezidenti Vladimir Putinin hər hansı Avropa ölkəsinə səfərinin qəbuledilməz olduğunu bildirib.

“Budapeştə gəlincə – xeyr, bu yaxşı deyil. Həqiqətən də BCM tərəfindən həbs qərarı verilən bir şəxsin Avropa ölkəsinə gəldiyini görmək xoş deyil”, – Kallas deyib.

Aİ rəsmisi həmçinin qeyd edib ki, ABŞ Rusiyaya kifayət qədər təzyiq göstərmək gücünə malikdir və bu təzyiqin Moskvadan danışıqlara başlamaq üçün real nəticə verəcəyinə ümid edir.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?