Bu gün

Mərkəzi Asiya ölkələri və Azərbaycanın birgə hərbi təlimi davam edir - FOTOLAR

Özbəkistanın Səmərqənd vilayətində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistan hərbçilərinin iştirakı ilə keçirilən çoxmillətli "Birlik - 2025" birgə regional təlimi davam edir.

Təhlil.az xəbər verir ki, bu barədə müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ümumilikdə 3 mərhələdən ibarət təlimdə dövlət sərhədinin mühafizəsi və müdafiəsinin gücləndirilməsi, qanunsuz silahlı birləşmələrin axtarışı, lokallaşdırılması və məhv edilməsi üzrə fəaliyyətlər uğurla yerinə yetirilir.
Qeyd edək ki, təlimdə əsas diqqət iştirakçı ölkələrin hərbi kontingentləri arasında qarşılıqlı fəaliyyətlərin təşkili üzrə hazırlıqlarının təkmilləşdirilməsinə, birgə əməliyyatların keçirilməsi imkan və bacarıqlarının inkişaf etdirilməsinə yönəldilib.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?