Bu gün
Honkonqda “Emirates” təyyarəsi dənizə düşdü

Honkonq beynəlxalq hava limanında “Emirates” aviaşirkətinə məxsus “Boeing 747” tipli yük təyyarəsi qəzaya uğrayıb.
Təhlil.az xəbər verir ki, eniş zamanı təyyarə hava limanına məxsus nəqliyyat vasitəsi ilə toqquşub və uçuş-enmə zolağından çıxaraq dənizə düşüb. Hadisə nəticəsində hava limanının iki əməkdaşı həlak olub, onlardan biri hadisə yerində, digəri isə xəstəxanada dünyasını dəyişib.
Təyyarə heyəti xəsarət almayıb.
“South China Morning Post” nəşrinin məlumatına görə, qəzanın səbəbləri araşdırılır. İlkin versiyaya əsasən, təyyarə enişdən sonra vaxtında dayana bilməyib.
Bu gün
Bu gün