Bu gün

Ağ Evdə qalmaqal: Mətbuat katibi jurnalistin sualına kobud cavab verdi

Ağ Evin mətbuat katibi Karolin Levit jurnalistin sualına kobud şəkildə cavab verib.

Təhlil.az xəbər verir ki, “HuffPost” nəşrinin məlumatına görə, hadisə Tramp və Putinin görüş yeri kimi Budapeştin kim tərəfindən təklif edildiyi barədə verilən sual zamanı baş verib.

Jurnalistin “Budapeşt variantını kim irəli sürüb?” sualına Levit “Anan” ifadəsi ilə cavab verib.

Daha sonra bu ifadəni Ağ Evin ictimai əlaqələr direktoru Stiven Çunq da təkrarlayıb. Hadisə sosial mediada geniş müzakirələrə səbəb olub.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?