Bu gün

Zelenski: “Putin mənə nifrət edir, mən də ona”

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putini özünə düşmən hesab etdiyini bildirib.

Təhlil.az xəbər verir ki, Ukrayna dövlət başçısı bu fikri ABŞ Prezidenti Donald Trampla görüşündən sonra jurnalistlərə açıqlamasında səsləndirib.

“Putin mənə nifrət edir. Bu adama fərqli münasibət bəsləməyim mənə qəribə görünür. Mən də ona eyni cür münasibəti hiss edirəm”, – deyə Zelenski vurğulayıb.

O, həmçinin qeyd edib ki, Rusiya Prezidentini və ümumilikdə rusları “Ukraynanın və bütün ukraynalıların düşməni” hesab edir.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?