Bu gün
Qəddafinin oğlu azadlığa buraxılıb

Livan məhkəməsi Liviyanın mərhum liderinin oğlu Hannibal Qəddafini 11 milyon dollar girov qarşılığında azad edib.
Təhlil.az AP-yə istinadla xəbər verir ki, 50 yaşlı Qəddafi 2015-ci ildən Suriyada Amal silahlıları tərəfindən qaçırıldıqdan sonra həbsdə idi. 2017-ci ildə o, 1978-ci ildə yoxa çıxan İmam Musa Sədrin taleyi ilə bağlı məlumatları gizlətməkdə ittiham olunub.
Məhkəmə zaminə buraxıldıqdan sonra Qəddafinin Livanda qalıb-qalmamasına qərar verəcək.