17 oktyabr

MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının iclası keçirilib

Oktyabrın 16-da Özbəkistanın Səmərqənd şəhərində MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 57-ci iclası keçirilib.

Təhlil.az xəbər verir ki, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev tədbirdə iştirak edib.

İclasda terrorçuluq, mütəşəkkil cinayətkarlıq, narkotik dövriyyəsi, kibercinayətkarlıq və informasiya təhlükəsizliyinə qarşı birgə mübarizə məsələləri müzakirə olunub.

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?