Bu gün

Peskov Putin-Tramp görüşünün tarixi barədə danışıb

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Putin-Tramp görüşünün tarixi ilə bağlı danışıb. Təhlil.az xəbər verir ki, o deyib:

“Prezidentlər belə bir görüşün keçirilməsinə sadiqdirlər, lakin ilk növbədə, bu məsələni xarici işlər naziri Lavrov və dövlət katibi Rubio işləyəcək. Onlar əvvəlcə zəng edib görüşəcək, bütün məsələlər, bütün suallar ətrafında müzakirə aparacaqlar”.

Peskov bildirib ki, suallar çoxdur, danışıqlar aparan komandalar yaradılmalıdır və s.

“Ona görə də hər şey mərhələli şəkildə həyata keçiriləcək, amma təbii ki, prezidentlərin iradəsi var, hazırlıqlar gedir və dünənki telefon danışığı zamanı da bu barədə fikir mübadiləsi aparılıb”, - deyə, Peskov qeyd edib.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?