Bu gün
Misir XİN: Rusiya Qəzza Sammitinə dəvət edilmişdi

Misirin xarici işlər naziri Bedr Əbdülati bildirib ki, Rusiya Şarm əl-Şeyxdə keçirilən Qəzza sammitinə dəvət edilmişdi, lakin hazırlıq vaxtı dar idi.
Təhlil.az xəbər verir ki, Əbdülati Rusiya və Çinin sammitə dəvət olunduğunu vurğulayıb və onların Fələstinin hüquqlarına verdiyi dəstəyi yüksək qiymətləndirdiklərini deyib.
“Biz Rusiya və Çin kimi böyük ölkələri diqqətdən kənarda qoya bilmərik və mən əziz dostum Sergey Lavrov və Vanq Yi ilə daim əlaqə saxlayıram", - o qeyd edib.
Nazir əlavə edib ki, sammit çox sıx qrafik əsasında təşkil olunub.
"Bütün ölkələrə çox tez məlumat verildi. Bu qlobal sammit cəmi 48 saat ərzində təşkil olundu və vaxt məhdud olduğundan, dəvət Rusiyaya çox gec göndərildi".