17 oktyabr

RIA Novosti müxbiri Ukrayna dronu tərəfindən vurularaq öldürülüb

Zaporoje vilayətində 39 yaşlı hərbi müxbir İvan Zuyev həyatını itirib.

Təhlil.az xəbər verir ki, o, RIA Novosti agentliyində 2023-cü ilin aprelindən çalışırdı, bundan əvvəl isə “Sputnik – Blijneye zarubejye” redaksiyasında fəaliyyət göstərmişdi.

Məlumata görə, Zuyev 2014-cü ildən etibarən dəfələrlə Donetsk bölgəsində ezamiyyətdə olub.

Hadisə zamanı onunla birlikdə olan digər müxbir Yuri Voytkeviç ağır yaralanıb və əməliyyat olunub.