Bu gün

Norveç Gürcüstana səfərindən sonra ATƏT-in fəaliyyətdə olan sədrini dəstəkləyir

Norveç və digər doqquz ölkə ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonenin Tbilisidə keçirilən etiraz aksiyasında çıxışından sonra ona tam etimad göstərib.

Təhlil.az-ın məlumatına görə, Norveçin xarici işlər naziri Espen Bart Eide vurğulayıb ki, Valtonenin iştirakı qərəzsizlik prinsipini pozmur və ATƏT-in insan hüquqlarının qorunmasına sadiqliyini əks etdirir.

Bəyanatda qeyd olunub ki, ifadə azadlığı və dinc toplaşmaq hüququ Helsinki Yekun Aktında və 1991-ci il Moskva Sənədində təsbit olunub.

İslandiya, Kanada, Danimarka, Estoniya, Litva, Latviya, Hollandiya, İsveç və Böyük Britaniya da dəstəyini ifadə edib.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?