Vens: Rusiya və Ukrayna sülhə hazır deyillər

ABŞ prezidenti Donald Trampın “güclü diplomatiyası”na baxmayaraq, Ukrayna və Rusiya sülh sazişi bağlamağa hazır deyil.
Təhlil.az xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens bildirib.
“Rusiya və Ukrayna arasında müharibə aylarla davam edən danışıqlara baxmayaraq davam edir, çünki tərəflərdən heç biri sülh razılaşmasına nail olmaq istəmir. Birləşmiş Ştatlar Prezidentinin enerjili diplomatiyası insanları bir yard xəttini keçməyə məcbur edə bilməz; sonda razılaşmaya razı olan iki tərəf olmalıdır”, - deyə Vens qeyd edib.
"Hal-hazırda gördüyümüz bütün işlərə baxmayaraq, hansı ki, biz bunu davam etdirəcəyik, ruslar və ukraynalılar sadəcə olaraq, razılığa gələ biləcəkləri nöqtədə deyillər”, - vitse-prezident əlavə edib.
Bununla belə, onun fikrincə, sülh yolu ilə həll hələ də mümkündür, lakin bu, daha çox iş tələb edəcəkdir.