Bu gün

Səmərqənddə MDB təhlükəsizlik rəhbərlərinin müşavirəsi keçirilir

Səmərqənddə MDB-yə üzv dövlətlərin təhlükəsizlik və kəşfiyyat orqanları rəhbərlərinin müşavirəsi keçirilir.

Təhlil.az xəbər verir ki, tədbirdə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistanın təhlükəsizlik və kəşfiyyat orqanlarının rəhbərləri iştirak edirlər.

Gündəliyə müasir çağırışlar və təhdidlər üzrə fikir mübadiləsi və MDB ölkələrinin kəşfiyyat xidmətləri arasında tərəfdaşlığın gücləndirilməsi üzrə gələcək addımların müzakirəsi daxildir.

Görüşün yekununda nümayəndə heyətlərinin rəhbərləri regional təhlükəsizliyin təmin edilməsində əməkdaşlığın konkret məqsədləri və prioritetlərini müəyyənləşdirəcəklər.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?