17 oktyabr
Yeni Zelandiya İrana qarşı sanksiyaları bərpa etdi

Yeni Zelandiya İrana qarşı sanksiyaların yenidən tətbiq edildiyini elan edib.
Təhlil.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Uinston Piters məlumat verib.
Xarici siyasət idarəsinin açıqlamasında bildirilir ki, sanksiyaların bərpası İranın uranın zənginləşdirilməsi ilə bağlı beynəlxalq öhdəliklərini yerinə yetirməməsi səbəbindən beynəlxalq ictimaiyyətin ciddi narahatlığını əks etdirir.
Yeni Zelandiya nüvə silahlarının yayılmaması və beynəlxalq təhlükəsizlik səylərinin dəstəklənməsi istiqamətində mövqeyini davam etdirdiyini bəyan edib.
Bu gün