ABŞ, Fransa və Britaniya Qəzza üzrə BMT qətnaməsini tamamlayır

Fransa, Böyük Britaniya və ABŞ BMT Təhlükəsizlik Şurasına təqdim ediləcək yeni qətnamə layihəsini yekunlaşdırır.
Təhlil.az xəbər verir ki, Fransa Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən, sözügedən sənəd Qəzza zolağında beynəlxalq qüvvələrin yerləşdirilməsi üçün hüquqi əsas yaradacaq. Nazirliyin sözçüsünün açıqlamasına görə, belə bir qüvvənin beynəlxalq hüquq çərçivəsində legitimliyini təmin etmək üçün BMT mandatı tələb olunur.
Qətnamə layihəsi ABŞ və Böyük Britaniya ilə sıx koordinasiya şəraitində hazırlanır və yaxın günlərdə Təhlükəsizlik Şurasına təqdim ediləcəyi gözlənilir.
Təşəbbüs ABŞ Prezidenti Donald Trampın sülh planında yer alan, Qəzzada sabitliyin təmin edilməsi və sülhün qorunması məqsədilə beynəlxalq qüvvənin yaradılması çağırışına uyğun şəkildə hazırlanıb.