Peruda “Z nəsli inqilabı”: 100-dən çox yaralı, fövqəladə vəziyyət elan edildi

Peruda “Z nəsli inqilabı” adlandırılan kütləvi etirazlar ölkəni qarışdırıb.
Təhlil.az xəbər verir ki, toqquşmalar zamanı 122 nəfər yaralanıb, 1 nəfər ölüb, 11 nəfər isə saxlanılıb. Hadisələrdən sonra paytaxt Lima dairəsində fövqəladə vəziyyət elan edilib.
Etirazlar yeni prezident Xose Xerinin pensiya islahatına qarşı başlayıb, lakin qısa zamanda korrupsiya və cinayətkarlığa qarşı ümummilli narazılığa çevrilib.
Gərginliyin mərkəzi paytaxt Limada Konqres binasının qarşısı olub. Gecə saatlarında 100 mindən çox insan küçələrə çıxıb, polis kütləni dağıtmaq üçün gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib. Etirazçılar isə cavab olaraq daş və fişənglər atıblar.
Hakimiyyət baş verənləri “ölkənin sabitliyinə təhlükə” kimi qiymətləndirib, fəallar isə “bu, xalqın səssizliyinin partlamasıdır” bəyanatı ilə çıxış ediblər.