Bu gün
Türkiyə Silahlı Qüvvələri Qəzza əməliyyat qrupunda iştirak etməyə hazırdır

Türkiyə Silahlı Qüvvələri Qəzza zolağında yaradılacaq çoxmillətli əməliyyat qrupuna qoşulmağa hazırdır.
Təhlil.az xəbər verir ki, bu barədə Türkiyənin müdafiə naziri Yaşar Gülər Brüsseldə keçirilən NATO müdafiə nazirlərinin toplantısında bildirib.
“Həmkarlarımıza Türkiyə Silahlı Qüvvələrinin Qəzza zolağında yaradılacaq çoxmillətli işçi qrupunda iştirak etməyə hazır olduğunu çatdırdıq. Atəşkəsin əldə olunmasından və bunun iki dövlət həlli əsasında ədalətli sülhün başlanğıcı olmasından məmnunluğumuzu ifadə etdik”, – deyə Gülər vurğulayıb.