Bu gün

Paşinyan: “ABŞ və Ermənistan arasında TRIPP layihəsi üzrə danışıqlar bir qədər səngiyib”

ABŞ və Ermənistan arasında “Tramp Marşrutu” (TRIPP) layihəsi -Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçəcək 42 kilometrlik hissəsi üzrə danışıqlar müəyyən dərəcədə yavaşlayıb.

Təhlil.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan açıqlama verib.

“Vaşinqtonda avqustun 8-də Birləşmiş Ştatlarla razılığa gəldik. Daha sonra Ukrayna və Yaxın Şərq ətrafında gərgin vəziyyət yarandı. Prezident Donald Tramp və onun administrasiyası bu məsələlərdə birbaşa iştirak edir. Layihə üzərində eyni insanlar, eyni komanda işləyir. Bu reallıqlar, şübhəsiz ki, prosesin sürətinə təsir göstərir”, – deyə Paşinyan bildirib.

O, əlavə edib ki, TRIPP layihəsi üzrə işlər hazırda məzmunun formalaşdırılması mərhələsindədir:
“Hazırda layihənin məzmunu üzərində işləyirik. Masada bir sənəd şəklində tərtib edilməli olan müxtəlif komponentlər var. Bu, hər hansı böyük layihə üçün normal iş prosesidir”.

SORĞU

Futbol üzrə Azərbaycan milli komandasının gələcəyi

Milli komandanın baş məşqçisinin seçilməsi üçün hansı meyarlar vacibdir?