Bu gün

Tramp Ukrayna üçün “qələbə fondu” yaratmaq istəyir

Donald Tramp Çinə tətbiq edilən rüsumlardan əldə olunan gəlirlərlə Ukrayna üçün “qələbə fondu” yaratmaq istəyir

Təhlil.az “The Telegraph” nəşrinin məlumatına istinadla xəbər verir ki, Tramp maliyyə naziri Skott Bessentə avropalı həmkarlarına bu strategiyanı Prezident Zelenskinin cümə günü Vaşinqtona gözlənilən səfəri öncəsi təqdim etməsini tapşırıb. Plan Çinə qarşı idxala 500% gömrük rüsumlarının tətbiqini nəzərdə tutur və bu rüsumlardan əldə edilən gəlirlərin Ukraynaya silah alışı üçün ayrılması təklif olunur.

“Avropalı müttəfiqlərimiz bizə qoşularsa, biz Çinə qarşı “Ukrayna Qələbə Tarifi”nin tətbiqini dəstəkləməyə hazırıq”, - Skott Bessent bildirib.

Məqalədə o da qeyd edilir ki, belə kütləvi rüsumların tətbiqi praktiki cəhətdən və hüquqi baxımdan mümkün görünmür.

SORĞU

Futbol üzrə Azərbaycan milli komandasının gələcəyi

Milli komandanın baş məşqçisinin seçilməsi üçün hansı meyarlar vacibdir?