16 oktyabr

Pakistanda yük maşını dərəyə aşıb

Pakistanın Hayber Paxtunxva vilayətinin Svat bölgəsində yük maşını dərəyə aşıb.

Təhlil.az xəbər verir ki, hadisə nəticəsində azı 15 nəfər həlak olub, 8 nəfər yaralanıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər. Həlak olanların əksəriyyəti uşaqlardır.

Qəzaya düşən sərnişinlər yaşadıqları yerdən başqa yerə köç edən ailələr olublar.