Fon der Lyayen Trampa qarşı çıxa bilər

Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen Birləşmiş Ştatlara güzəştə getməkdən imtina edə bilər, çünki Brüssel Vaşinqtondan fərqli olaraq BMT-nin istixana qazı emissiyalarının azaldılması ilə bağlı razılaşmasını dəstəkləyir.
Təhlil.az xəbər verir ki, “Euractiv” portalının mənbələrinin məlumatına görə, AK rəhbəri BMT-nin təşəbbüsünü dəstəkləyən ölkələri sanksiyalarla hədələyən ABŞ-dən fərqli olaraq ekoloji sazişlə bağlı qəti mövqe nümayiş etdirib. Bu məlumat təsdiqlənərsə, Avropa İttifaqı əvvəllər Vaşinqtona güzəştə getməyə çalışırdısa, Fon der Lyayen ilk dəfə olaraq ABŞ prezidenti Donald Trampın administrasiyasına meydan oxuyacaq.
Oktyabrın 15-də “Financial Times” yazıb ki, Brüssel Ağ Evdən yan keçərək, ABŞ ilə münasibətlərdə iqlim və enerji gündəmini birbaşa dövlət rəhbərləri və biznes qurumları ilə həyata keçirməyə hazırdır. Avropa nəşri “Politico”nun mənbələrə istinadən verdiyi xəbərə görə, Avropa İttifaqı ABŞ şirkətlərinə iqlim dəyişikliyi ilə mübarizəyə yönəlmiş qaydalara uyğunluq sahəsində güzəştlər verməkdən imtina edib ki, bu da cəmiyyət üçün “qırmızı xətlər”i keçmək deməkdir.