Bu gün

Bağlanmanın hər günü ABŞ-yə 15 milyard dollara başa gələ bilər

ABŞ Senatı 9-cu dəfədir ki, federal hökumətin maliyyələşdirilməsi ilə bağlı razılığa gələ bilməyib. Təhlil.az xəbər verir ki, beləliklə, ABŞ hökumətinin işinin müvəqqəti dondurulması indi iki həftədən artıqdır davam edir.

"Biz güman edirik ki, bağlanma ABŞ iqtisadiyyatına gündə 15 milyard dollara başa gələ bilər", - ABŞ Maliyyə naziri Skott Bessent bildirib.

Mövcud vəziyyət minlərlə Amerika hökuməti işçilərinin ailələri üçün son dərəcə çətin ola bilər. Büdcədə maliyyə çatışmazlığı fonunda Ağ Ev Amerika agentliklərinin və departamentlərinin təxminən 10,000 əməkdaşını ixtisar etməyi düşünür.

SORĞU

Futbol üzrə Azərbaycan milli komandasının gələcəyi

Milli komandanın baş məşqçisinin seçilməsi üçün hansı meyarlar vacibdir?