Bu gün
Ermənistanda yük maşını sürücüləri etiraz aksiyası keçirib

Foto: "Sputnik"
Ermənistanda yükdaşıma ilə məşğul olan sürücülər hökumət binası önündə etiraz aksiyası keçiriblər. Onlar Rusiyaya giriş üçün miqrasiya məhdudiyyətlərinin aradan qaldırılmasını tələb edirlər.
Təhlil.az xəbər verir ki, aksiya iştirakçıları hökumətdən problemin həlli üçün dəqiq müddət və mexanizm açıqlanmasını istəyiblər.
Sürücülərin sözlərinə görə, iqtisadiyyat naziri Gevork Papoyan daha əvvəl bu məsələni həll edəcəyi barədə vədlər versə də, indiyədək heç bir real addım atılmayıb.
Etirazçılar xəbərdarlıq ediblər ki, tələbləri cavabsız qaldığı təqdirdə, ölkənin əsas magistral yollarını bağlayacaqlar.