Bu gün
Gürcüstan Valtonenin etiraz aksiyasında iştirakına görə ATƏT-ə nota göndərdi

Gürcüstan Xarici İşlər Nazirliyi Valtonenin hökumət əleyhinə etiraz aksiyasında iştirakı ilə bağlı ATƏT Katibliyinə və iştirakçı dövlətlərə etiraz notası göndərib.
Təhlil.az xəbər verir ki, notada qeyd olunub ki, ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen Gürcüstana rəsmi səfəri ilə yanaşı, hökumət əleyhinə fəallardan ibarət kiçik bir qrup tərəfindən təşkil edilən küçə etirazında iştirak edib və Gürcüstandakı mövcud vəziyyətlə bağlı beynəlxalq ictimaiyyəti çaşdırmağa cəhd edən bəyanatla çıxış edib.