Bu gün

Hindistan XİN-dən Trampa cavab

Hindistan Xarici İşlər Nazirliyi Trampın ölkənin Rusiya neftindən imtina edəcəyi ilə bağlı açıqlamasına cavab verib.

Təhlil.az xəbər verir ki, Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Rantir Kaisval bildirib:

"Hindistan əsas neft və qaz idxalçısıdır. Qeyri-sabit enerji mühitində Hindistan istehlakçılarının maraqlarını qorumaq bizim daimi prioritetimizdir. Bizim idxal siyasətimiz bu məqsədə tam uyğundur.

Sabit enerji qiymətlərinin və etibarlı təchizatın təmin edilməsi enerji siyasətimizin ikili məqsədidir. Buraya enerji mənbələrimizin genişləndirilməsi və bazar şərtlərinə uyğun şaxələndirilməsi daxildir".

SORĞU

Futbol üzrə Azərbaycan milli komandasının gələcəyi

Milli komandanın baş məşqçisinin seçilməsi üçün hansı meyarlar vacibdir?