Bu gün

Peruda etirazlar toqquşmalara çevrildi

Perunun paytaxtı Limada kütləvi etiraz aksiyaları polis qüvvələri ilə toqquşmalara səbəb olub.

Təhlil.az xəbər verir ki, etirazçılar Konqresin 38 yaşlı, sağ yönümlü və ABŞ-yə yaxın siyasətçi Xose Xerini ölkə prezidenti postuna təsdiqləməsinə etiraz edirlər.

Aksiya iştirakçıları hesab edirlər ki, Xose Xerinin elan etdiyi “islahat və iqtisadi sabitlik kursu” əslində əhalinin böyük hissəsini yoxsulluğa sürükləyəcək siyasətin davamıdır. Onların fikrincə, yeni prezident sadəcə vəzifədən kənarlaşdırılmış keçmiş dövlət başçısı Dina Boluartenin siyasi xəttini fərqli şüarlarla davam etdirməyə çalışır.

Polis etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz tətbiq edib. Toqquşmalar zamanı bir neçə nəfərin saxlanıldığı və xəsarət aldığı bildirilir.

SORĞU

Futbol üzrə Azərbaycan milli komandasının gələcəyi

Milli komandanın baş məşqçisinin seçilməsi üçün hansı meyarlar vacibdir?