Bu gün
Tramp Venesuelada gizli əməliyyatlara icazə verib

ABŞ prezidenti Donald Tramp Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) Venesuelada gizli əməliyyatlar aparmaq, o cümlədən narkotik kartellərinə qarşı mümkün zərbələr endirmək səlahiyyəti verib.
Təhlil.az xəbər verir ki, Tramp administrasiyası Venesuela ətrafına hərbi gəmilərin göndərilməsini rəsmi şəkildə narkotik ticarətinə qarşı mübarizə ilə əsaslandırsa da, əsl məqsədin prezident Nikolas Maduronun hakimiyyətdən uzaqlaşdırılması olduğu açıq şəkildə ifadə edilib.
Xatırladaq ki, ABŞ daha əvvəl Maduronun həbsinə görə 50 milyon dollar mükafat təklif etmişdi.