Bu gün

Ukrayna nümayəndə heyəti ABŞ-də senator Marko Rubio ilə görüşüb

Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak ABŞ-də keçirilən görüşlər barədə açıqlama verib.

Təhlil.az xəbər verir ki, o, dövlət katibi ilə keçirilən danışıqları “günün əsas görüşü” adlandırıb.

Yermak bildirib ki, görüş zamanı Ukrayna və ABŞ prezidentlərinin cümə günü baş tutacaq danışıqlarına hazırlıq məsələləri, eləcə də Rusiyanı müharibəni dayandırmağa vadar edəcək addımlar müzakirə olunub.

“ABŞ-nin və şəxsən Prezident Donald Trampın liderliyi Yaxın Şərqdə sülhü mümkün etdi. Bu yanaşmaya bu gün həm dünya, həm də Ukrayna ehtiyac duyur,” — deyə Yermak vurğulayıb.

SORĞU

Futbol üzrə Azərbaycan milli komandasının gələcəyi

Milli komandanın baş məşqçisinin seçilməsi üçün hansı meyarlar vacibdir?