Bu gün

Azərbaycan nefti bahalaşıb

İtaliyanın Auqusta limanında “Azeri Light” markalı Azərbaycan neftinin CIF bazasında qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,15 ABŞ dolları və ya 0,23 faiz artaraq bir barel üçün 64,26 ABŞ dolları təşkil edib.

Təhlil.az xəbər verir ki, Türkiyənin Ceyhan limanında “Azeri Light” markalı neftin FOB bazasında bir barelinin qiyməti 0,11 dollar və ya 0,18 faiz bahalaşaraq 62,55 dollar olub.

URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,17 dollar və ya 0,34 faiz artaraq bir barel üçün 50,41 dollara çatıb.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin qiyməti isə əvvəlki göstərici ilə müqayisədə 0,03 dollar və ya 0,05 faiz artaraq bir barel üçün 62,61 dollar təşkil edib.

Azərbaycanın 2025-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.

SORĞU

Futbol üzrə Azərbaycan milli komandasının gələcəyi

Milli komandanın baş məşqçisinin seçilməsi üçün hansı meyarlar vacibdir?