Qəzzada sabitləşdirmə missiyası üçün əsas namizədlər: İndoneziya, Azərbaycan və Pakistan

Qəzzada sabitləşdirmə missiyası üçün əsas namizədlər: İndoneziya, Azərbaycan və Pakistan
ABŞ Müdafiə Nazirliyinin hazırkı və keçmiş rəsmiləri Qəzza zolağında planlaşdırılan beynəlxalq sabitləşdirmə missiyasına qoşulmaq üçün İndoneziya, Azərbaycan və Pakistanı əsas namizədlər arasında göstəriblər.
Təhlil.az xəbər verir ki, mənbələrin məlumatına əsasən, danışıqlar hələ davam edir və heç bir ölkə rəsmi öhdəlik götürməsə də, məhz bu üç dövlət “ən çox maraq göstərən tərəflər” hesab olunur.
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə hazırlanmış Qəzza sülh planı Birləşmiş Ştatların ərəb və digər tərəfdaş ölkələrlə birgə müvəqqəti sabitləşdirmə qüvvələri formalaşdırmasını nəzərdə tutur. Bu qüvvələr fələstinli polis bölmələrinin hazırlanması və dəstəklənməsi ilə məşğul olacaq, həmçinin Misir və İordaniya ilə koordinasiyalı şəkildə fəaliyyət göstərəcək.
ABŞ tərəfi vurğulayıb ki, Amerika hərbçiləri Qəzza ərazisində yerləşdirilməyəcək.
Planın əsas məqsədi HƏMAS ilə İsrail arasındakı müharibənin dayandırılması, Qəzzanın demilitarizasiyası və bərpa prosesinin başlanmasıdır.