Bu gün

Tramp: "Hindistan artıq Rusiya nefti almayacaq"

ABŞ prezidenti Donald Tramp Hindistanın Rusiya nefti almağı dayandıracağını bildirib.

Təhlil.az xəbər verir ki, Tramp Ağ Evdəki çıxışında deyib ki, əvvəllər Hindistanın Rusiya nefti almasına narazı olduğunu bildirib və indi Baş nazir Naredra Modi onu bu qərara inandırıb:

"Mən Hindistanın neft almasından narazı idim. Və bu gün o, məni Rusiyadan neft almayacağına inandırdı. Bu, irəliyə doğru ciddi addımdır. İndi mən Çini də buna inandırmalıyam".

Tramp həmçinin bunun dərhal baş verməyəcəyini, proses olduğunu və vaxt tələb etdiyini vurğulayıb: "Bunu dərhal edə bilməz. Bu, bir prosesdir. Ancaq tezliklə tamamlanacaq".

 

SORĞU

Futbol üzrə Azərbaycan milli komandasının gələcəyi

Milli komandanın baş məşqçisinin seçilməsi üçün hansı meyarlar vacibdir?