Bu gün

Qızılın qiyməti 4 250 dolları ötüb

2025-ci ilin dekabr ayı üçün qızıl fyuçerslərinin qiyməti "Comex" birjasında (Nyu-York əmtəə birjasının bölməsi) bir troya unsiyası üçün 4 250 dolları ötüb.

Təhlil.az xəbər verir ki, bu barədə ticarət platformasında bildiriblər.

Qızıl qiyməti bir troy unsiyası üçün 4 255,4 dollar (0,72 faiz artım) təşkil edib. Bakı vaxtı ilə səhər saat 08:05-ə olan məlumata görə, qızılın qiyməti bir troy unsiyası üçün 4249,5 dollara (0,58 faiz artım) enib.

Eyni zamanda, 2025-ci ilin dekabrında tədarük üçün gümüş fyuçersləri 0,23 faiz azalaraq bri troya unsiyası üçün 52,405 dollara düşüb. Gümüşün qiyməti bir troya unsiyası üçün 52,89 dollara (0,69 faiz artım) yüksələrək tarixi maksimumu yeniləyib.

 

SORĞU

Futbol üzrə Azərbaycan milli komandasının gələcəyi

Milli komandanın baş məşqçisinin seçilməsi üçün hansı meyarlar vacibdir?