Bu gün
Zaxarova: Moskva Azərbaycanda saxlanılan rusiyalıların azad olunması istiqamətində dialoqu davam etdirəcək

Rusiya XİN sözçüsü Mariya Zaxarova bəyan edib ki, Moskva Azərbaycanda saxlanılan Rusiya vətəndaşlarının tezliklə azad olunması və vətənə qaytarılması məqsədilə Bakı ilə danışıqları davam etdirmək niyyətindədir.
“Bu istiqamətdə atılan irəliləyiş addımlarından biri, “Sputnik Azərbaycan”ın rəhbəri İqor Kartavıx barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsidir,” – deyə Zaxarova bildirib.
Təhlil.az-ın məlumatına görə, diplomat vurğulayıb ki, Rusiya tərəfi vəziyyəti daim diqqətdə saxlayır və Azərbaycanla konstruktiv dialoqu davam etdirmək niyyətindədir.
Bu gün