Bu gün
Beynəlxalq qüvvələr Qəzza razılaşmasını həyata keçirmək üçün hazırlanır

Foto: aa.com.tr
Razılaşdırılmış təminatlara uyğun olaraq atəşkəs anlaşmasını həyata keçirmək üçün beynəlxalq qüvvənin formalaşdırılmasına hazırlıq gedir. Təhlil.az xəbər verir ki, Livan qəzetinin Misirdəki mənbəyə istinadən yaydığı xəbərə görə, onların gələn ay İsrailin Qəzza zolağından çıxarılmasının ikinci mərhələsinə start veriləndə işə başlayacağı gözlənilir.
Mənbənin sözlərinə görə, ilkin plana əvvəllər təklif edilən 500 əsgər yox, ən azı 1000 əsgərin yerləşdirilməsi daxildir. Onların vəzifəsi "təhlükəsizliyi təşkil etmək, Misir və İordaniyada təlimlərini başa vurduqdan sonra tədricən Qəzza zolağına daxil olacaq minlərlə təlim keçmiş Fələstin təhlükəsizlik qüvvələrinə nəzarət etmək" üzərində cəmlənib.
Bu gün