Bu gün
Gürcüstan etiraz aksiyalarında iştiraka görə cəzaları növbəti dəfə sərtləşdirir

Hakim “Gürcü Arzusu” partiyası cərimələrin 60 günə qədər, təkrar cinayət törədənlərə isə iki ilədək həbs cəzası ilə əvəz edilməsini nəzərdə tutan düzəlişlər təklif edib. Təhlil.az xəbər verir ki, hakimiyyət bunu asayişin qorunması zərurəti kimi göstərir.
Yeni müddəalarda mitinq zamanı maska taxmağa, yolları bağlamağa və ya maneələr yaratmağa görə 15-20 sutka, mitinq bitdikdən sonra mitinqdə iştiraka və ya çubuq da daxil olmaqla təhlükəli əşyaları gəzdirməyə görə 60 günə qədər həbs cəzası nəzərdə tutulur.
Təkrar pozuntular cinayət hesab olunacaq. 30-a qədər qeyri-hökumət təşkilatı qanun layihəsini pisləyib və onu "dinc nümayişlərə qadağa" və ölkədə demokratiyanın dağıdılması istiqamətində atılan daha bir addım adlandırıb.
Bu gün