Bu gün

Gürcüstanın baş naziri ATƏT sədri ilə görüşü ləğv edib

Gürcüstanın baş naziri İrakli Kobaxidze Finlandiyanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonenlə keçirilməsi planlaşdırılan görüşü ləğv edib.

Təhlil.az xəbər verir ki, Gürcüstan hökumətinin açıqlamasına əsasən, qərar Valtonenin Tbilisidə parlament binası qarşısında keçirilən “qanunsuz mitinqdə” iştirakı və əvvəlki gün verdiyi “yalan bəyanatlar”la əlaqədar qəbul edilib.

Rəsmi Tbilisi bu addımı Gürcüstanın daxili işlərinə müdaxilə cəhdi kimi qiymətləndirib.

SORĞU

Futbol üzrə Azərbaycan milli komandasının gələcəyi

Milli komandanın baş məşqçisinin seçilməsi üçün hansı meyarlar vacibdir?